Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 11:46:00
Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisi keçiriləcək

Oktyabrın 16-da Hilton Otelində Təhsil və Peşə Mərkəzlərinin 1-ci Tanıtım Sərgisi keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Sərgi Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Dövlət Məşğulluq Agentliyinin mərkəzi karyera filialının tərəfdaşlığı və “World” karyera və peşə mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

 

Sərgidə 60-a yaxın təhsil və peşə mərkəzinin fəaliyyəti və xidmətləri barədə ətraflı məlumat veriləcək.

 

Sərgi ziyarətçiləri 10:00 – 18:00 aralığında təhsil mərkəzlərinin müxtəlif endirim və hədiyyələrindən faydalana, eləcə də müxtəlif mövzularda keçirilən seminar və təqdimatlarda iştirak edə biləcəklər.