Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 09:24:00
UNEC kollektivi şəhid Eldar Əliyevin məzarını ziyarət edib

UNEC kollektivi Vətən müharibəsində qəhrəmancasına şəhid olan məzun Eldar Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri qoyublar.

 

AzEdu.az xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə görüşən TUDİFAK-ın dekan müavini Cəvahir Məmmədova və tələbələr Eldar Əliyevlə qürur duyduqlarını bildiriblər, onun əziz xatirəsini əbədi olaraq yaşadacaqlarını qeyd ediblər.

 

Eldar Quliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə  yollanıb. Füzuli, Hadrut və Cəbrayılın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmanca şəhid olub. 18 oktyabrda Bakı şəhərində, Əhmədli qəsəbəsi qəbristanlığında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.