Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 17:21:00
Növbəti “GRE General Test” imtahanı keçirilib

Oktyabrın 13-də Dövlət İmtahan Mərkəzində (DİM) “GRE General Test” imtahanı keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda 6 nəfər iştirak edib.

 

İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər. Növbəti “GRE General Test” imtahanının noyabrın 3-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.