Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 16:51:00
Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

13 oktyabr 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclasları keçirilib

 

AzEdu.az xəbər verir ki, gündəlik məsələ ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarının müzakirəsi olub.

 

Müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

20 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.