Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 12:45:00
Qəbul imtahanlarına məntiqin salınması daha faydalı olar-TƏKLİF

 

 

 

Lisey və gimnaziyalara qəbul şərtləri dəyişdirilib. İstiqamətlərindən asılı olmayaraq qəbul sadəcə tədris dili və riyaziyyat olmaqla iki fənn üzrə aparılacaq, Məntiq fənni qəbul proqramından çıxarılıb.

 

Məntiqin lisey və gimnaziyaların qəbul proqramından çıxarılması şagirdlərə nə kimi təsir göstərəcək?

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan məntiq üzrə təlimçi Rəşadət Şərifov qərarın düzgün olduğu qənaətindədir:”Lisey və gimnaziyalara qəbulda məntiq fənninin çıxarılmasının səbəbi onun aşağı siniflərdə tədris olunmaması ilə bağlıdır. Həmin siniflərdə məntiq fənn kimi  tədris olunur, lakin əsas fənn olaraq tədrisi həyata keçirilmir. Müəllimlərin istəklərindən aslı olaraq əlavə tədrisi də baş tuta bilər. Məhz bu səbəbdən də Elm və Təhsil Nazirliyi qərar qəbul edib ki,  lisey və gimnaziyalara qəbulda məntiqi çıxarmaq lazımdır”.

 

Təlimçi məsələyə şagird baxımından yanaşıb:”Məsələyə şagird aspektindən baxdıqda onu müsbət qiymətləndirmək olar. Çünki şagirdlərin hamısı üçün bərabər şərait yaradılıb, kimsə övladını hazırlığa qoyur, lakin bəzi şəxslərin də buna maddi imkanı çatmır. İndi isə yalnız riyaziyyat və inglis dili üzrə qəbul həyata keçiriləcək. Çünki beynəlxalq imtahanlarda həmin fənlərdən istifadə olunur, universitetə qəbulda da bu təcrübədən yararlanılır. Düşünürəm ki, kifayət qədər normal qərardır”.

 

O, məntiqin qəbul proqramına salınmasından söz açıb:”Riyaziyyatdan  aslı olmadan məntiqin də ayrı fənn olaraq tədris edilməsinin effektiv nəticə verəcəyini düşünürəm. Məntiq riyaziyyatdan fərqli olaraq, beyni daha da inkişaf etdirir, fərqli düşünmə qabiliyyəti yaradır, onun orta məktəbdə tədris olunması yaxşı olar, hətta riyaziyyatın daxilində keçirilməsi belə müsbət nəticə verə bilər.

 

DİM I ixtisas qrupunda müxtəlif ixtisaslar üzrə informatika fənnini qəbul proqramına əlavə edib. Məntiq barəsində də müsbət fikirlər formalaşmaqdadır. Ola bilsin ki, gələcək illərdə o, da qəbul proqramına salınsın və orta məktəbdə tədiris həyata keçirilsin”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları