Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 18:00:00
DİM-də fənlər üzrə işçi qruplarının iclasları olub

Rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə iclasların gündəlik məsələsi ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün proqramların, fizika fənni üzrə gündəlik məsələ isə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, müzakirələrdən öncə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərə baxılıb və həmin dərsliklərin 2022-ci il nəşrləri ilə əvvəlki illərin nəşrləri müqayisə edilərək fərqlər müəyyən olunub.

 

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

 

19 oktyabr 2022-ci il tarixində müzakirələr davam etdiriləcək.