Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-13 18:26:00
Direktor müəllimlərə bu tələbləri qoya bilməz-Qanuni ƏSASLAR

Məktəbdə formalaşan iş mühiti və  təlim–tərbiyə sisteminin idarə edilməsində dövlət standartlarının həyata keçirilməsi direktorun şəxsiyyətindən birbaşa asılıdır.

 

Lakin bəzi hallarda məktəb rəhbəri vəzifə səlahiyyətlərindən sui-istifsdə edərək müəllim kollektivi və şagirdlərə rəsmi qaydalarda əksini tapmayan gündəlik tələblər qoyur. Bu da öz növbəsində müəyyən anlaşılmazlıqların yaranmasına yol açır.

 

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən direktorun məktəbdə həyata keçirməli olduğu funksiyalar var. O, bunlar daxilindən kənara çıxması səlahiyyətlərini düzgün yerinə yetirməməsi anlamına gəlir.

 

AzEdu.az Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  20 dekabr 2017-ci il – ci il tarixli  18-1 nömrəli əmri  ilə təsdiq edilmiş "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif – İxtisas Sorğu Kitabçası”na əsasən, direktorlar üçün vacib olan funksiyaları təqdim edir:

 

İnzibatçılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru Təhsil Haqqında  Qanunu, Azərbaycan Respublikasının Prezidentinin, Nazirlər Kabinetinin təhsil ilə bağlı əmr, sərəncam və qərarlarını, Azərbaycan Respublikasının təhsil nazirliyinin əmr və təlimatlarını, yerli rayon və ya şəhər təhsil şöbələrinin əmr və göstərişlərini, Azərbaycan Respublikasının Əmək kollektivində təhsil ilə bağlı əmək intizamını möhkəmləndirmək, işçilər arasında vəzifə bölgüsünün aparılması, ümumi təhsil pilləsinin dövlət standartları və proqramlarının (kurrikulumları) həyata keçirtmək, məktəbdə daxili intizam qaydalarının gözlənməsi, nəzarətin təşkili, uşaq hüquqlarının qorunması ilə bağlı tədbirlər görür. 

Təşkilatşılıq funksiyasını yerinə yetirərkən məktəb direktoru məktəb kollektivinə daxil olan bütün işçilərin əməyinin  səmərəliliyini təmin etmək üçün onların hər biri üçün müvafiq iş şəraiti yaratmalı, onların əmək funksiyalarını vaxtında və tələb olunan  qaydada yerinə yetirməsi üçün məqsədyönlü və tənzimləyici tədbirlər görməli, dövrü hesabatlığı təmin etməlidir. Dövri hesabatlılığın təmin edilməsi idarəetmənin əsas şərtlərindən biridir. Bunun üçün məktəb direktorunun gündəlik, həftəlik, aylıq görəcəyi işləri öncədən planmalı, qeyd etməlidir. Bu işlər məktəbin, eləcə də digər tabeli işçilərin illik və cari fəaliyyət planlarına uyöun olmalıdır.

 

Pedaqoqluq funksiyasını yerinə yetirərkən, məktəb direktoru idarəetmə məsələlərini düzgün savadlı qoymağı, səriştəli təhlil etməyi, onların həyata keçirilməsinə effektli nəzarət etməyi, pedaqoji heyyətə ixtisaslı tövsiyə verməyi, təlimatlandırmağı bacarmalıdır. Onun qəbul etdiyi qərarların ədalətliliyi, sözü ilə əməlinin bir olması, pedaqoji və texniki heyyət, şagird və valideynlərə tərbiyəvi təsir göstərməlidir. Məktəbin idarə edilməsi digər müəssisə və təşkilatçıların idarə edilməsi ilə fərqlənir. Burada müxtəlif yaş qruplarında və müxtəlif sosial zümrələrindən olan insanların idarə edildiyindən onlara əmrin gücü ilə deyil, inandırmanın və nümunə olmanın gücü ilə təsir göstərilir.

 

İctimaixadimlilik funksiyasını yerinə yetirərkən dövlət orqanlarında, hökümət və qeyri – hökümət təşkilatlarına, icmada ictimai təşkilatlarda, seçkili orqanlarda iştirak edərək topladığı məlumatlardan bəhrələnərək məktəb kollektivinin mənəvi – psixoloji mühitinin yüksəldilməsinə və işgüzarlığın artmasına çalışır.

 

Məktəb direktoru yaxşı psixoloq olmalıdır. O, psixologiyanı, xüsusi ilə pedaqoji – psixologiyanı dərindən bilməlidir. əktəb kollektivinin hər bir üzvünün psixoloji xüsusiyyətlərini zamanla öyrənməli, onların hər birinin hansı temperament tipinə aid olmasını, zəif və güclü tərəflərini, şagirdlərin yaş psixologiyasını öyrənməlidir. Ümumi işin qurulması və idarə edilməsi zamanı bu işə mane olmayan cəhətlərə dözümlü, əksinə mane olan cəhətlərə dözümsüz olmalıdır. Dözümsüzlük kollektivdə münaqişəyə səbəb olmamalıdır. Əksinə zamanla bu tip insanları kollektivin ümumi prinsiplərinə uyğunlaşdırılmasına çalışan məktəb direktoru, inzibati – amirlik metodlarıdan qaçmağı bacarmalıdır.

 

Məktəb direktoru kollektivdə şəriksiz lider olmalıdır. Bunun üçün o, məsuliyyəti, təşəbbüskarlığı, hərtərəfli biliyi, məntiqli və operativ qərarçıxarma bacarığı olmalıdır.

 

Məktəb direktoru rəhbərlik etidiyi məktəbdə idarəetmənin operativliyini və effektivliyini təmin etmək üçün, təhsil sahəsinə aid olan hüquqi – normativ sənədləri, yerli qabaqcıl və beynəlxalq təcrübəni daim öyrənməlidir. Məktəb kollektivinə daxil olan işçilərin əmək funksiyasını və hüquqlarını bilmək xüsusi ilə önəmlidir.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları