Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-12 13:10:00
Bu namizədlərə sertifikatların verilməsinə BAŞLANILDI

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sentyabrın 11-də keçirilmiş test imtahanında uğur qazanmış namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.