Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 15:18:00
DİM-də kimya fənni üzrə işçi qrupunun iclası keçirilib

Oktyabrın 11-də Dövlət İmtahan Mərkəzində (DİM) kimya fənni üzrə işçi qrupunun iclası keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, iclasda respublikanın ümumtəhsil müəssisələrində 2022-2023-cü tədris ili üçün istifadəyə verilmiş, təkmilləşdirilmiş 10-cu sinif dərsliyinin 5 bölməsi təhlil olunub.

 

2023-cü ildə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında dərslikdəki yeniliklər nəzərə alınmayacaq. Çünki imtahan verəcək abituriyentlər tədris prosesində bu dərsliyin əvvəlki illərdə çap olunmuş nəşrini istifadə ediblər.

 

Növbəti iclaslarda müzakirələr davam edəcək.