Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət orqanlarında inzibati vəzifələrin tutulması şərtləri və qaydaları” mövzusunda təlim keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlimdə İqtisadiyyat, Gənclər və İdman, Mədəniyyət, Maliyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Audiovizual Şuranın əməkdaşları iştirak ediblər.

Təlim zamanı DİM-in Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin əməkdaşı Könül Səlimova inzibati vəzifələrin müsabiqə, ümumi və daxili müsahibə əsasında tutulması, namizədlərə dair tələblər, müvafiq vəzifələr üzrə qulluq funksiyalarının, vəzifənin tutulma şərtlərinin müəyyən edilməsi, müxtəlif dövrlər üzrə təsdiq edilmiş ali təhsil üzrə ixtisasların uyğunlaşdırılması cədvəli nəzərə alınmaqla təhsilə dair tələbin müəyyən edilməsi, müsahibə proqramlarının hazırlanması ilə bağlı tələblər, habelə “Dövlət qulluğu - vəzifələrin İdarə edilməsi sistemi”ndən istifadə və müvafiq sahəyə dair digər məsələlər barədə məlumat verib.

Daha sonra iştirakçıların sualları cavablandırılıb.

Dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkili davam etdiriləcək. Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlə