Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-11 09:50:00
“Şiddət göstərən şagird özünə ziyan verməyə çalışırdı”-Şura sədri

 

“Bizim məktəblərin və təhsil müəssisələrinin ciddi monitorinqə ehtiyacı var. Bu monitoriqlərlə yanaşı ciddi psixoloji diaqnostikalar aparılmalıdır”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və təhsil Nazirliyi yanında İctimai Şuraya yeni sədri Günel Səfərova İTV kanalında yayımlanan "Pressinq" verilişində səsləndirib.

 

G.Səfərova yaxın zamanda 112 nömrəli tam orta məktəbdə müşahidə olunan şiddət məsələsinə toxunub:

 

"112 nömrəli məktəbdə baş verən hadisə haqqında danışsaq, həmin məktəbin direktoru əvvəl təlim-tərbiyə üzrə müavin olub. Yəni əslində prosesi yaxşı bilmlədir. Hadisənin tənəffüs zamanında yaşanması isə onlara haqq qazandırmır. Onun digər sinif yoldaşları da bullinqə göz yumublar. Bu isə bir daha onu sübut edir ki, eyni hal təkrar olunmuş zorakalıqdır”.

 

"Məktəbin psixoloqu bu işləri aparacaq bilik və bacarıqlara sahib olmasına baxmayaraq, təəssüf ki, nə zorakılığı törədən, nə zorakılığa məruz qalan, nə də  bunu işiqlandıran şagirdlə bağlı heçbir psixoloji iş aparılmayıb"

 

"Hadisəyə təhsil müəssisəsində baş verdiyinə görə daha çox diqqət verildi. Bəs bu məsələ icmalda baş versəydi? Hadisənin harada baş verməsindən asılı olmayaraq şiddət şiddətdir. Şiddət göstərən uşaqla ciddi şəkildə psixoloqla iş aparılmalıdır".

 

Şura sədri şiddət göstərən şagirdin fiziki hərəkətlərlə özünə ziyan verməyə çalışdığını bildidi:

 

 "Biz o şagirdlə görüşəndə müşahidə etdik ki, müxtəlif fiziki hərəkətlərlə özünə ziyan verməyə çalışırdı. Hiss olunur ki, ailədən gələn dərin travmaları var. Həm inzibati, həm də digər alternativ formada bu uşaqlarla iş aparılmalıdır. Zorakılığa məruz qalan şagirdin heç bir reaksiya verməməsi onu göstərir ki,uşağın özünüqoruma vərdişi yoxdur. Ümumi olaraq deyə bilərəm ki, bizim məktəblərin  və təhsil müəssisələrinin ciddi monitorinqə ehtiyacı var . Bu monitoriqlərlə yanaşı ciddi psixoloji dioqnostikalar aparılmalıdır".

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları