Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-10 12:46:00
Şiddətə məruz qalan şagird kikboks məşqlərinə başladı – Atasından etiraf

Sosial şəbəkələrdə 112 nömrəli məktəbdə şiddətə məruz qalan şagirdin kikboks  məşqlərinə başlaması ilə bağlı fotolar yayılıb.

 

Həmin şagirdin atası Namiq Zeynalov AzEdu.az-a açıqlamasında qeyd edib ki, oğlu 1 gündür ki, məşqlərə qatılıb: ”Oğlum 1 gündür ki, kikboks üzrə dərslərə yazılıb və orada iştirak edib”.

 

O, prosesin hansı istiqamətdə davam etdiyi ilə bağlı fikirlərini ifadə edib:

 

Məktəb direktorunun cəzalandırılmadığını düşünürəm. O, hələ də direktor müavini olaraq vəzifəsini icra edir. Sadəcə məktəbə yeni direktor təyin olunub.

 

Hələ də psixologiyam düzəlməyib, baş verən hadisənin təsiri altındayam, iş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”.

 

No description available.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları