Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-09 16:11:00
Peşəkar Mühasib Sertifikatı üçün imtahanının II mərhələsi keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 9 oktyabr 2022-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi (qanunvericilik üzrә) keçirilib.

 

DİM-dən AzEdu.az-a  verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 53 nəzarətçi‑müəllim, 7 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 

İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 35-i qapalı, 5-i açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 15 gün ərzində elan olunacaq.