Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-09 11:27:00
TKT imtahanının iştirakçılarına sertifikatlar verilib

Dövlət İmtahan Mərkəzində (DİM) Kembric ingilis dili üzrə TKT (Teaching Knovledge Test) imtahanının iştirakçılarına beynəlxalq sertifikatların təqdimolunma mərasimi keçirilib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, tədbirə avqustun 20-də keçirilmiş TKT imtahanının iştirakçıları dəvət olunub.

 

Tədbir iştirakçıları DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Strateji inkişaf şöbəsinin əməkdaşı Gülçöhrə Abdurahmanlı DİM-in keçirdiyi beynəlxalq imtahanlar haqqında təqdimat edib və iştirakçıların suallarını cavablandırıb.

 

Sonda isə iştirakçılara sertifikatlar təqdim olunub.

 

TKT ingilis dilinin tədrisi sahəsində müəllimlərin bilik və bacarıqlarını yoxlayan Kembric kvalifikasiyalarından biridir. Dünya səviyyəsində tanınan TKT sertifikatı həm yeni, həm də təcrübəli müəllimlərə öz bacarıqlarını sübut etmək imkanı yaradır.

 

Xatırladaq ki, DİM “Cambridge University Press & Assessment” qurumunun rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə)”, “Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir.