Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-08 11:59:00
Dərsi daha yaxşı yadda saxlamağın çox sadə üsulları - ŞAGİRDLƏR ÜÇÜN FAYDALI
Dərs öyrənərkən etdiyimiz ən böyük yanlışlardan biri, əksərən, mövzunu oxumaqla kifayətlənməkdir.  Araşdırmalar göstərir ki, bu üsul dərsi kortəbii şəkildə əzbərləyərək, sadəcə növbəti gün üçün yadda saxlamağa kifayət edir.
 
Bəs məlumatı daha yaxşı yadda saxlamaq üçün nələri etməliyik?
 
AzEdu.az bu yazıda xarici KİV-ə istinadən asan yadda saxlama yollarını təqdim edir.
 
Öyrəndiklərinizi danışın
 
Bir mövzu ilə bağlı məruzəni dinləmək  çox öyrədici metod olmasa da, onu  söyləyən şəxs  üçün olduqca faydalıdır.
 
Məqalə yazın
 
Öyrəndiyimiz mövzuyla bağlı  yazılar yazmaq,  qeydlər etmək, anladığınızı yazıya tökmək də xüsusi  səmərə verəcək.
 
Müzakirə aparın
 
Hər hansı bir mövzu haqqında ətrafınızdakılarla müzakirə aparmaq, həmin mövzunun mənimsənilməsinə, daha yaxşı yadda saxlanılmağa kömək edəcək.
 
Öyrəndiklərinizi real həyatda tətbiq edin
 
Bir mövzunu mənimsəməyin ən yaxşı yolu, onu real həyatda tətbiq etməkdir.
 
Məsələn, hər hansı bir riyazi əməli, (məsələn, toplama-çıxma əməlini) gündəlik həyata tətbiq edərək daha yaxşı öyrənə bilərik.