Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-07 14:20:00
Nobel Sülh Mükafatının laureatları bəlli oldu 

Nobel Sülh Mükafatının laureatları məlum olub. Builki laureatlar bir hüquq müdafiəçisi və iki təşkilatdır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

 

Bildirilir ki, belaruslu Ales Belyatski, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatları “ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə” 2022-ci ilin Nobel Sülh Mükafatına layiq görülüblər.

 

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, Fizika, Kimya və Ədəbiyyat üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb.