Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-06 09:13:00
UNEC-in Qarabağ iqtisadiyyatının dirçəldilməsinə həsr etdiyi kitabların təqdimatı olacaq

Oktyabrın 6-da Bakı Expo mərkəzində UNEC-in Qarabağ iqtisadiyyatının dirçəldilməsi mövzusunda nəşr etdirdiyi 3 kitabın təqdimatı olacaq.

 

AzEdu.az xəbər verir ki, UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayevanın moderatorluğu ilə keçiriləcək təqdimat mərasimində layihə rəhbəri, BMDM-in direktoru Fariz Əhmədov çıxış edəcək.

 

Tədbir saat 13:00-dan 14:00-dək Bakı Ekspo mərkəzinin “Bülbül” təqdimat zonasında keçiriləcək.

 

Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır.

 

Qeydiyyat linki: https://bakubookfair.az/az-programme/