Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-04 13:52:00
Məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub-DİN-dən AÇIQLAMA
Bakıda 112 saylı məktəbdə döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
 
 
AzEdu.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev  deyib.
 
 

O bildirib  ki, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:

 
"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".
Gülcahan Məmmədova
Müəllifin digər yazıları