Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-03 14:02:52
İstellektual İstedadın kəşf olunması layihəsinə başlanıldı

01.10.2022-ci il tarixində Şəmkir rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Gələcək Gənclərlə Gələcək” - 3G İstellektual İstedadın kəşf olunması - layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə layihəni həyata keçirən “Təhsilli Gələcək – Təhsilin İnkişafı İctimai Birliyi”- nin sədri və layihənin rəhbəri Sona Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verərək, layihənin əhəmiyyətliyini qeyd edib.

 


AzEdu.az xəbər verir ki, layihənin əsas ideyası, məzmun və məqsədi Şəmkir, Gədəbəy, Göygöl rayonlarında İstedadlı uşaq və gənclərin sorğu aparılması vasitəsilə müəyyənləşdirilməsi, bu istiqamətdə irəli sürülən təşəbbüslərin dəstəklənməsidir.

 


Həmçinin sorğu aparılması ilə sosial araşdırma, material tədris bazasının – dünya görüşünün inkişafına yönəlmiş “İntellektual İstedadın Kəşfi” ailələr və müəllimlər üçün metodik vəsaitin hazırlanması, benefisiarlarla marifləndirici tədbirlərin, intellektual istedadlı şagirdlərlə işləyəcək pedaoji heyətə konstruktiv təlimlərin təşkili, təcrübə əsaslı tətbiqin reallaşdırılması kimi fəaliyyət və dəyərləndirmələr nəzərdə tutulub. Layihənin ideyasının əsas hədəflərindən biri də, istedadlı uşaq və gənclərin inkişafında Azərbaycançılıq ideyasının təbliğidir. Bu, layihənin gedişatında bütün motivlərdə öz əksini əsasən məzmun baxımında tamamlayacaqdır.

 


Daha sonra ADPU-nun müəllimi, layihənin ekspert və təlimçisi Dilguşə Süleymanova istedadlı uşaqların müəyyənləşdirilməsi, onlarla gələcək iş fəaliyyətinin necə qurulması və metodologiyası haqqında iştirakçılara ətraflı məlumat verib.

 


Tədbir iştirakçıları layihənin əhəmiyyətliliyi və önəmliyini yüksək qiymələndirib və böyüyən nəslin inkişafında rolunu xüsusi vurğulayıblar. Qeyd edək ki, layihədə iştirak etmək istəyən müəllim, şagird, valideynlər birliyə elektron müraciət edərək qoşulma imkanına malikdirlər.

“Təhsilli Gələcək – Təhsilin İnkişafı İctimai Birliyi”