Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-26 14:43:00
Yüksəliş müsabiqəsinin qalibi Təhsilin İnkişafı Fonduna şöbə müdiri təyin olundu

 

II "Yüksəliş" müsabiqəsinin qalibi, Nərgiz İsmayılovanı Təhsilin İnkişafı Fondunda layihələrin idarə olunması və biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

 

AzEdu.az xəbər verir ki, bu barədə fondun rəhbəri, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov paylaşım edib:

 

“Nərgiz xanım institusional quruculuq, təşkilati transformasiya, layihə idarəetmə sistemlərinin qurulması sahəsində müxtəlif həcmli proqram və layihələrin idarə olunması üzrə 10 ildən artıq təcrübəyə malikdir. Layihələrin İdarə Olunması İnstitutunun (Project Management Institute – PMI) Azərbaycan nümayəndəliyinin həmtəsisçisi və İdarə Heyətinin üzvüdür.

 

Nərgiz xanımı TİF-də salamlayır və gələcək fəaliyyətində uğurlar arzulayıram!”