Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 16:30:00
UNEC tələbələri Dövlət Neft Fondunun fəaliyyəti ilə tanış olublar

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təcrübə keçən isveçrəli tələbələr Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) olublar.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, fondun inzibati binası və muzeyi ilə tanış olan tələbələrə ARDNF-nin investisiya fəaliyyəti, neftdən əldə edilən gəlirin bölündüyü sahələr, vəsaitlərin idarə olunması və ölkənin sosial-iqtisadi tərəqqisinə xidmət missiyası altında Fondun maliyyələşdirdiyi milli layihələr barədə ətraflı məlumat verilib.