Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-23 10:30:00
İranda tələbələr də etirazlara qoşulub -FOTOLAR

 

İran universitetlərinin tələbələri də paytaxtın küçələrinə axışaraq etiraz edirlər.

 

İnsanlara ən maraqlı gələn məqam isə çox sayda oğlan tələbələrin də qadın tələbələrlə yanaşı öz etirazlarını bildirmələridir.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Tehranın bir çox universitetlərinin tələbələri 22 yaşlı Məhsa Əmininin ölümündən sonra küçələrə çıxaraq “diktatura ölüm”, “Qadın, həyat, azadlıq!” və s. kimi şüarlar səsləndirirlər.

 

No description available.

 

Onlar etiraz əlaməti olaraq qara hicablarını yandırır, hətta bəzi qadınlar saçlarını kəsirlər.

 

Etirazçılar həmçinin “əxlaq polisi”nin  ləğvini və 22 yaşlı Məhsanın ölümünün araşdırılmasını tələb edirlər.

 

No description available.

 

Xatırladaq ki, bir neçə gün öncə 22 yaşlı Məhsa Əmini baş örtüsünü düzgün taxmamaq səbəbilə ölkənin “əxlaq polisi” tərəfindən həbs olunub və bundan sonra İranın paytaxtı Tehranda üç gün komada qaldıqdan sonra vəfat edib. “Əxlaq polisi”nin gənc qıza ciddi təzyiq göstərməsi nəticəsində onun ölümünə səbəb olduqlarını bildirilib. Hadisənin bir neçə qadın şahidi də olduğu deyilsə də, həmin qadınların qorxmaları səbəbilə şahidlik etməkdən çəkindikləri söylənilir.

 

 No description available.