Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-20 17:08:00
Türkiyə universitetində yanğın- Külək alovu güncləndirir-FOTO

 

Türkiyənin Atatürk Universitetinin yeməkxanasında yanğın baş verib.

 

Yanğının daha geniş əraziya yayılmasının qarşısının alınması istiqamətində işlər davam edir.

 

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeməkxanaya elektrik və qazın verilişi dayandırılıb.

 

Ərzurum valisi mətbuata açıqlamasında yanğının tam nəzarətə alındığını, itkinin olmadığını bildirib. Küləyin təsiri ilə daha da güclənən yanğının söndürülməsi üçün çox sayda texnika hadisə yerinə cəlb edilib. Həmçinin partlayış riski nəzərə alınaraq insanlar ərazidən uzaqlaşdırılıb, təhlükəsizlik tədbirləri görülüb. Yanğın nəticəsində qara dumanın şəhər mərkəzinin üzərini aldığı deyilir.

 

No description available.

 

TRT-nin hadisə yerində olan müxbiri isə yanğının tam nəzarətə alınmadığını bildirib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

 

Atatürk Üniversitesinde yangın: Çok sayıda ekip bölgede Validen ilk açıklama geldi