Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-04 09:46:00
İlk dərs günündə müəllimlərə verilən güllərə üsyan – “Əvəzində kitab alın”  

“Yeni dərs ilində hər valideyn gül buketi əvəzinə kitab alsa, o kitablar məktəbin kitabxanasında qalacaq və yüzlərlə şagird illərlə onlardan faydalanacaqlar”.

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında yazıçı Yalçın İslamzadə qeyd edib. Onun sözlərinə görə, ilk dərs gününün ayrılmaz simvolu gül buketləridir:

“Bir sinifdə orta hesabla 20 şagird olsa, təvazökar hesabla 300 AZN gül buketlərinə veriləcək və o buketlər yarım saat içində rutinləşib ertəsi gün istifadəsiz olacaq. Bu hesabla, gün ərzində on minlərlə manat vəsait müvəqqəti simvolizm üçün xərclənəcək. Hər valideyn buket əvəzinə kitab alsa, o kitablar məktəbin kitabxanasında qalacaq və yüzlərlə şagird illərlə onlardan faydalanacaqlar. Gül əvəzinə kitab almaqdan utanmaq lazım deyil, indiki dövrdə şagirdlər, onlardan da çox müəllimlər mütaliə etməlidirlər. Bir kitab bir buketdən daha ucuzdur, bilgi dəyərinə sahibdir və illərlə faydalı olacaq.

Dərs başlayandan üç gün sonra güllərdən iz qalmayacaq, ancaq bir məktəbin kitabxanasında “Filosof uşaq”, “Biləndər uşaq”, “Uşaqlarla fəlsəfə”, “Homo sapiens”, “Homo deus”, “Qağayı”, “Zamanın daha qısa tarixi”, “Mənim gözümdən dünya”, “Uşaqlar üçün təkamül”, “Mentosori təlimi”, məntiq və riyaziyyat sualları olan “Uçmaca seriyası”, müxtəlif ensiklopediyalar, uşaq psixologiyasına, etiket qaydalarına, uşaq ədəbiyyatına, təhsilə, elmə dair, tanınmış insanların həyatları haqqında və adı çəkilməyən daha bir çox kitab şagirdlərin dünyagörüşlərini artırmağa davam edəcək. Həmçinin, nəşriyyatlara da motivasiya olacaq”.

Xatırladaq ki, sentyabrın 15-i həftənin şənbə gününə təsadüf etdiyindən yeni dərs ili 17 sentyabrdan etibarən start götürəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları