Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-12 15:40:00
"Formalarla bağlı Bakı Tikiş Evinə göstəriş verilməyib, müqavilə bağlanmayıb"-RƏSMİ AÇIQLAMA

“Direktorlar Elm və təhsil nazirinin formalarla bağlı əmrini pozur, ona əməl etmirlər”.

 

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Tikiş Evinin Satış müdiri Etibar Əzimov deyib.

 

 

Tədris ilinin başlamasına 3 gün qalmasına baxmayaq, valideynlər hələ də məktəbli formalarını əldə etməkdə çətinlik çəkirlər. Bu gün məsələ ilə bağlı Bakı Tikiş Evinin qarşısında izdiham yaşanıb.

 

 

 

BTE-nin satış müdiri qeyd edir ki, problemin yaranmasının günahı onlarda deyil:

 

 

 

“Bizə 1-4-cü siniflər üçün geyim istehsal edilməsi ilə bağlı tapşırıq verilib. Lakin 11-ci sinifə kimi olan şagirdlərə direktorlar tərəfindən əmr olunub ki, hamı məktəbli formalarını əldə etsin. Bu qədər insan isə olduqca böyük kütləni təşkil edir. Həmin miqdarda paltarı Bakı Tikiş Evi necə çatdıra bilər? Bir fabrik Bakı şəhərində olan şagirdlərin hamısını geyindirmək iqtidarında deyil”.

 

 

Etibar Əzimov qeyd edir ki, problemin yaranmasının birbaşa günahı direktorlardadır:

 

 

“Tələbin 1-4-cü siniflərə aid olması qərarı gec verildiyi üçün hazırda problem yaşayırıq. Məktəb direktorları hamını göndərir ki, gedin Bakı Tikiş Evinə,  hansı şagird də geyimi almasa, vay onun halına. Hətta bəzi məktəb direktorları məcbur edir ki, formanınn  bir hissəsində başqa rəng varsa, o belə dəyişsin. Bu, düzgün deyil. Nazir  də qeyd etmişdi ki, qərar tövsiyə xarakteri daşıyır. Lakin məktəb direktorları nazirin əmrini pozur, lakin onlar şagirdləri incitməməli və məcbur etməməlidir. Bir fabrik bu sayda insanı geyimlə təmin edə bilməz. Direktorlar valideynləri qapılara salırlar ki, geyim mütləq bu gün həll olunmalıdır. Təhsil ilinin başlamasına iki gün qalıb, amma direktorlar insanları forma ilə incidir, valideynləri təşvişə salırlar. Biz gün ərzində 1500-2000 sayda forma istehsal edə bilirik, lakin fabrikə 1 gündə 10000 adam gəlir, biz bunu necə çatdıra bilərik? Bizimlə forma ilə bağlı nə müqavilə bağlayan, nə də göstəriş verən olub.  Bu məsələdə qətiyyən günahımız yoxdur,  yalnız güc strukturlarının libaslarını istehsal etməyə məsuliyyət daşıyırıq. Sadəcə məktəbli formalarının hazırlanması bizim öz təşəbbüsümüzdü, tərəfimizdən kredit alınır və onlar vasitəsi ilə libasları satışa veririk. Bu qədər izdihamın olması bizim günahımız deyil”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları