Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-12 12:09:00
“Kredit alan tələbələrin gələcəkdə işlə təmin olunmasına da diqqət edilməlidir”.-MİLLƏT VƏKİLİ  

 

"Tələbələrlə bağlı vacib məsələ onların məzun olduqdan sonra iş tapmasıdır".

 

AzEdu.az xəbər verir ki,bu fikirləri Milli Məclisin deputatı Müşviq Məmmədli Təhsil Tələbə Krediti Fondunun hesabat tədbirində qeyd edib.

 

"Kreditlərdən yararlanan tələbələrin gələcəkdə işlə təmin olunması istiqamətində fondun təşkilatçılığı əsasında gələcəkdə bir sıra addımların atılması müəyyən mənada mümkün ola bilər. Məsələn Təhsil Tələbə Krediti Fondunun Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığı gələcəkdə bu məsələnin diqqətə alınması üçün arzuolunandır"-deyə,o, bildirib.