Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 15:30:00
AzEdu.az-ın səs-küy yaradacaq müsabiqəsinə yazı qəbulu başa çatdı – Onluq   müəyyənləşdi

“MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər” mövzusunda yazıların qəbulu başa çatıb.

AzEdu.az  “Ucqar kənd müəllimləri şəbəkəsi”  layihəsi qısa vaxtda xeyli rəğbət qazandı.  

Xatırladaq ki, layihə vasitəsilə AzEdu.az bölgələrdə çalışan gənc müəllimləri şəbəkə şəklində bir araya gətirir.

Təhsil portalı ilk olaraq, şəbəkəyə üzv olan müəllimlər arasında müsabiqə təşkil edib. Müsabiqəyə həmçinin, üzv olmayan müəllimlər də qatılıblar.

Hər ay təşkil olunacağı nəzərdə tutulan müsabiqənin ilk mövzusu: “MİQ imtahanlarının I (Test) mərhələsi: İradlar və təkliflər”

Məqalələrin qəbulu 1 sentyabr, saat 00:00 –da başa çatıb.

İlkin olaraq bizə göndərilən yazılar ekspertlər qrupu tərəfindən qiymətləndirilib. Ən yüksək qiymətləndirilən 10 yazı seçilib. 2 gün ərzində həmin yazılar saytda paylaşılacaq, sonra isə AzEdu.az portalının sorğu panelində səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Ekspertlər tərəfindən seçilən ən yaxşı 10 yazı müəlliflərini qeyd edirik:
Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az