Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-03 09:37:00
Elmi komandası Nobel alan azərbaycanlı böyük ixtiraçı haqqında yazdı  

“Edison bir gün evə gəlir və anasına bir kağız uzadaraq:
- "Bu kağızı müəllimim verdi və yalnız sənə verməmi istədi" deyir.
Ana kağızı açır, göz yaşları içində səsli olaraq oxumağa başlayır.
"Oğlunuz dahidir. Lakin məktəbimiz onun üçün çox kiçikdir və ona kifayət qədər təhsil verə biləcək müəllimimiz yoxdur. Xahiş edirik, ona özünüz təhsil verin."
Aradan uzun illər keçdikdən sonra, Edisonun anası vəfat etdiyində o artıq əsrin ən böyük alimlərindən biri idi və bir gün köhnə ailə əşyalarını qarışdırırkən, siyirmənin küncündə qatlanmış bir kağız tapır. Kağızı açır, oxumağa başlayır:
"Oğlunuz ‘qəribə’ (ağıl xəstəsi) uşaqdır. Artıq onun məktəbimizə gəlməsinə icazə vermirik..." yazısı vardı.
Edison saatlarla ağladıqdan sonra gündəliyinə bu sətirləri yazır.
"Tomas Alva Edison qəhrəman bir ana tərəfindən, yüz ilin dahisinə çevrilmiş ‘qəribə’ (ağıl xəstəsi) bir uşaqdı...”

AzEdu.az xəbər verir ki, bunu Avropanın güclü  nüvə mütəxəssislərindən sayılan azərbaycanlı professor Bəxtiyar Siracov  dünyanın ən nəhəng alimlərindən olan Tomas Edison haqqında qeyd edib. 

Xatırladaq ki, Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.
Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi-riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Ondan sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır. Oradan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə təkmilləşdirmə proqramı çərçivəsində tətbiq olunan kompüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.
1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
1992-ci ildən isə həyatı Avstriya ilə bağlıdır. 1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışır.
Qeyd edək ki, Bəxtiyar Siracov 17 ildir Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir. O, hələlik orada çalışan yeganə həmvətənimizdir. Onun barəsində cəmi bir proqram hazırlanıb.
Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirərək, onlara ümumi mükafat təqdim edir. Qazanılan pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.
2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür.