Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-02 09:24:00
UNEC-də “Soft Skills” təlimləri başa çatıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan “Təlimçilərin təlimi -Soft Skills” təlimləri uğurla başa çatıb.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, israilli təlimçi İlana Vaiman Naftulin tərəfindən keçirilən “Soft skills” təlimləri 4 müxtəlif modul – “Effektiv kommunikasiya”, “Vaxtın idarə edilməsi”, “Uğurlu komanda qurmaq” və “Problemlərin həlli metodları” mövzuları üzrə tədris edilib. Təlimlər ölkəmizlə yanaşı, İsraildə də keçirilib.

 

Layihəni uğurla başa vuran iştirakçılar UNEC tələbələrinə 1 modul üzrə təlim keçiblər. UNEC əməkdaşları tərəfindən “Vaxtın idarə edilməsi” mövzusunda tədris edilən ilk təlimlər uğurla başa çatıb.

 

Təlimin son günündə iştirak edən UNEC Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli mərkəzin fəaliyyəti və keçirilən təlimlərin əhəmiyyətindən danışıb. O, “Vaxtın idarə edilməsi” mövzusu istiqamətində tədris olunan bilik və bacarıqların karyeranın inkişafındakı rolunu açıqlayıb.

 

Təlimçilər Afaq Hüseyn, Rəşad Məhərrəmov, Könül Quliyeva və Günel Məmmədova “Yumşaq bacarıqlar”ın iş dünyasındakı önəmindən bəhs ediblər.

 

Təlimləri uğurla başa vuran namizədlərə sertifikat verilib.