Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 17:58:00
AzTU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı uzadıldı

Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ili üzrə (əyani və qiyabi) ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulunun vaxtı sentyabrın 20-dək uzadılıb.

 

Qəbul yalnız elektron qaydada həyata keçirilir.

 

Təkrar ali təhsil almaq istəyənlər http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkinə daxil olub qeydiyyatdan keçərək aşağıdakı sənədləri elektron formada təqdim etməlidirlər

· rektorun adına ərizə;

· ali təhsil haqqında sənədin (diplomun və əlavəsinin) notarial təsdiqi;

· 3x4 sm ölçüdə fotoşəkil;

· şəxsiyyət vəsiqəsinin surəti.

 

Qeyd: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları mövcud qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

 

Sənəd qəbulu üçün son tarix: 20.09.2022

 

Əlavə məlumat üçün:

 

Telefon: (+99450) 261-38-16,  (+99412) 539-12-65

 

E-poçt: [email protected]