Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-09-01 11:10:00
DİM və “LANDAU School” Tədris Kompleksi əməkdaşlığa başlayır

Sentyabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) və “LANDAU School” Tədris Kompleksi arasında anlaşma memorandumunun imzalanmasına həsr edilmiş tədbir keçirilir.

 

AzEdu.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə DİM-in inzibati binasında ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. Daha sonra “Abituriyent” redaksiyası tərəfindən “LANDAU School” Tədris Kompleksi üçün tərtib edilən elmi-metodiki vəsaitlərin sərgisinə baxış keçirilib. Qeyd edək ki, dərsliklər riyaziyyat, fizika, tarix, coğrafiya, kimya, biologiya, ədəbiyyat, ingilis dili fənləri üzrə həm Azərbaycan, həm də rus dillərində tərtib edilib.

 

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətənimizin müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilk olaraq DİM və “LANDAU School” Tədris Kompleksi arasındakı əməkdaşlığın istiqamətlərinə toxunub və təhsilin keyfiyyətinin artırılmasının vacibliyini qeyd edib. Sədr çıxış zamanı bu növ əməkdaşlığın Azərbaycan gəncliyinin sağlam psixoloji təməl üzrərində savadlılığının artırılmasına töhfə verdiyini vurğulayıb və DİM tərəfindən peşə yönümünün müəyyən edilməsi, azyaşlı uşaqların ibtidai təhsilə psixoloji hazırlıq səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi üçün təşkil olunan konsultasiyaların mühüm rolundan danışıb.