Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 10:06:00
Direktorların işə qəbulu üzrə test imtahanı başlayır

Sentyabrın 5-də şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, imtahanın keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. Müsabiqənin yazılı imtahan mərhələsi test və yazı işini əhatə edir. Test imtahanında namizədlərə pedaqogika və metodika üzrə 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. 

 

Qeyd edək ki, miq.edu.az saytında direktorların işə qəbulu üzrə nümunə test tapşırıqları və esse mövzuları yerləşdirilib.