Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-31 09:51:00
İngilis dilini öyrənən azyaşlılar üçün imtahana qeydiyyat aparılır  

Dövlət İmtahan Mərkəzinin (DİM) “Cambridge Assessment English”in rəsmi test mərkəzi kimi “Azyaşlı öyrənənlər” (Young Learners) üçün noyabrın 26-da keçirəcəyi imtahana qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan azyaşlılar üçün hazırlanmış hər üç kvalifikasiya (PreA1 Starters, A1 Movers və A2 Flyers) üzrə keçirilir. Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir uşaq imtahan verdikdən sonra “Cambridge University Press and Assessment” qurumu tərəfindən dünya miqyasında tanınan sertifikat ilə təmin edilir.

 

Qeydiyyat oktyabrın 12-dək aparılır.

 

Qeydiyyat barədə ətraflı məlumatı keçid vasitəsilə və ya [email protected] ünvanına müraciət edərək əldə etmək mümkündür.

 

Xatırladaq ki, DİM “Cambridge Assessment English”in rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Assessment (Kembric ingilis dili üzrə qiymətləndirmə)”, “Cambridge English Teaching (Kembric ingilis dili üzrə tədris)” və “LinguaSkill” imtahanlarını da təklif edir.