Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 13:14:00
11 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, 11 illik bazadan kolleclərə ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi ötən gün saat 09:00-da başa çatıb. Nəticələrin 3-4 gün ərzində açıqlanacağı gözlənilir.