Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-30 09:39:00
DİM GRE imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzində (DİM) GRE imtahanı keçiriləcək

 

DİM-dən AzEdu.az-abildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

İmtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanır.