Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 10:59:00
MİQ üzrə müsahibə mərhələsi keçirilib

Avqustun 26-da internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

 

Bu barədə AzEdu.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 161 namizəd dəvət olunub. Onlardan 134-ü müsahibə mərhələsində iştirak edib.

Qeyd edək ki, müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.