Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-27 10:01:00
“GRE General Test” imtahanı ilə bağlı məlumat sessiyası təşkil olunub

Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 26-da “GRE General Test” imtahanı ilə bağlı məlumat sessiyası keçirib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, məlumat sessiyası ingilis dilində onlayn formatda keçirilib və tədbirdə 59 nəfər iştirak edib.

Sessiyanın spikeri ETS Global təşkilatının nümayəndəsi Mariya Kirilova “GRE Ümumi test”inin məzmunu, qeydiyyat və imtahan mərkəzləri, hazırlaşmağa kömək edən vasitələr və ödənişsiz hazırlıq materialları haqqında danışıb, iştirakçıların suallarına cavab verib.
Xatırladaq ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

2022-ci ilin sonunadək DİM-də keçiriləcək GRE imtahanının tarixləri barədə məlumat Mərkəzin saytında yerləşdirilib.