Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 13:46:00
“Həyatımın qalan hissəsini Zabuxda dərs keçməyə həsr etmək istəyirəm”-Direktor

 

 

Azərbaycan Ordusu Laçın şəhərinə yerləşib.

 

Bu barədə Prezident İlham Əliyev tviter səhifəsində paylaşım edib.

 

Paylaşımda deyilir: "Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

 

Zabuxun ölkəmiz tərəfindən nəzarətə götürülməsi Zabux təhsil ictimaiyyəti tərəfindən də böyük sevinclə qarşılanıb.

 

Vaxtı ilə Zabuxda tarix müəllimi işləmiş Laçın rayon Qışlaq kənd tam orta məktəbinin direktoru Mübariz Rüstəmov AzEdu.az-a açıqlamasında Zabuxda müəllim kimi çalışdığı illəri xoş xatirələrlə yaddaşına həkk edib:

 

“Zabuxlu olduğum üçün ilk peşə fəaliyyətim orada baş tutub. Hazırda Laçın rayon Qışlaq kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edirəm.

 

1990-cı ildə ilk dəfə olaraq  müəllim kimi təyinatım Zabuxa verildi və ixtisasım üzrə tarix müəllimi olaraq işə başladım. 1992-ci ildə rayonun ermənilər tərəfindən işğalı ilə əlaqədar olaraq Bərdə şəhərinə köçdüm və peşə fəaliyyətimi bu məktəbdə davam etdirdim. 2014-cü ildən Laçın rayon Qışlaq kənd tam orta məktəbinə direktor təyin olundum, Hazırda vəzifəmi burada icra edirəm”.

 

O, Zabuxa qayıdacağı günləri çox səbirsizliklə gözlədiyini qeyd edib:

 

“Çox böyük səbirsizliklə Zabuxa geri qayıdacağım günü gözləyirəm. Prezidentimizə təşəkkürümü  bildirirəm. Eşq olsun Azərbaycan ordusuna, çünki bu sevinci onlar bizə yaşatdı. Hazırda qatyıdış ərəfəsindəyik. Mən istəyərdim ki, Zabux kəndinə geri dönərək  müəllimlik fəaliyyətimi burada davam etdirim. Ömrümün 30 ilini Zabuxda yaşamışam, 30 ilini isə qürbətdə keçirmişəm. Çox istəyərdim ki, Zabuxa ilk gedənlərdən biri də mən olum. Böyük səbirsizliklə  bu qayıdışı gözləyirik.

 

90-cı illərdə Zabuxda iki mərtəbəli yeni məktəb binası inşa edilmişdi. Burada fəaliyyətimi davam etdirmək istəyirdim, amma buna baxmayaraq ərazimiz işğal edildi”.

 

O, Zabuxa qayıtdığı təqdirdə şagirdlərinə tarix fənnini necə tədris edəcəyindən söz açıb:

 

“Şagirdlərə tarix fənnini sevdirmişəm, onlar respublikanın müxtəlif bölgələrində  ən yaxşı işlərdə təmsil olunurlar. Müəllim əməyi yorulmazdır, onun sənəti müqəddəsdir. Mən heç vaxt çalışmaqdan yorulmamışam. İstəyirəm qaçqınlıq dövürünün çətinliklərini şagirdlərimizə aşılayım.

 

 

Zabuxda yalnız kənd tam orta məktəbi fəaliyyət göstərir. Həmin dövlərdə (1990-1992) 200-ə yaxın şagird bu məktəbdə təhsil alırdı. 30-a yaxın müəllim də bu məktəbdə  dərs keçirdi.

 

Biz çalışdığımız dövrdə Zabuxun necə gözəl iqlim və coğrafi mövqedə olduğunun bəlkə də, fərqinə varmamışdıq, lakin qaçqınlıq dönəmində  anladıq ki, Zabux strateji baxımdan ən önəmli məkanda yerləşir.

 

Ora qayıtdıqdan sonra bütün var gücümüzü səfərbər etməliyik ki, kəndimizin abadlaşsın, şagirdlərimizin  daha yaxşı mariflənməsinə  çalışacayıq, çünki təhsil çox önəmlidir. Biz  şagirdlərə ermənilərə qarşı olan humanist mövqeyimizi kənara qoyaraq millətçilik mövqeyini aşılamalıyıq. Həmçinin, onlara şəhidliyin müqəddəsliyini öyrətməliyik”.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları