Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 12:12:00
DİM və “Cambridge University Press & Assessment” birgə vebinara qeydiyyat elan edir

Vebinar üçün qeydiyyat linki sentyabrın 14-dək aktiv olacaq

 

AzEdu.az xəbər verir ki, 16 sentyabr 2022-ci il saat 15:00-da DİM beynəlxalq əməkdaşı “Cambridge University Press & Assessment” ilə birlikdə “What you need to know about Cambridge English Qualifications” adlı vebinar keçirəcək. Vebinarın keçirilməsində məqsəd Kembric İngilis dili üzrə Kvalifikasiyaların ölkədə tanınmasına töhfə verməkdir.

 

“Cambridge University Press & Assessment” ingilis dilini öyrənənlər və müəllimlər üçün dünyanın qabaqcıl kvalifikasiyalarını və imtahanlarını təqdim edir. Hər bir imtahan öyrənənlərin danışıq, yazı, oxu və dinləmə bacarıqlarını CEFR (Common Eeuropean Framework of References for Languages) səviyyələrinə uyğun şəkildə ölçür.

 

Vebinarın spikeri “Cambridge University Press & Assessment”in Ukrayna və Qafqaz üzrə biznesin inkişafı üzrə baş meneceri Darina Sizuk Kembric İngilis dili üzrə Kvalifikasiyalar barədə ətraflı məlumat verəcək və iştirakçıların suallarını cavablandıracaq.

 

Bununla yanaşı, vebinarda "Kembric ingilis dili imtahanları" ilə bağlı aşağıdakı mövzulara toxunulacaq: