Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-26 09:51:00
Amerika universitetləri təhsil haqlarını fantastik səviyyələrə qaldırıblar”-Nazir müşaviri

 

“ABŞ-da 43 milyon insanın tələbə kerditləri üzrə borcu var. Borcun ümumi məbləği 1,6 trilyon dollardır. Amerika universitetləri qiymətləri son onilliklərdə fantastik səviyyələrə qaldırıblar”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli qeyd edib.

 

Müşavir ölkədə təhsil haqlarının son illərdə artım səviyyəsinə diqqət çəkib:

 

“2001-ci ildən indiyədək istehlak qiymətləri indeksi üzrə orta inflyasiya 56% olub. Buna baxmayaraq eyni müddətdə (son 20 ildə) universitetlərdə təhsil haqları 200-300% artıb. Nəticədə insanların təhsil haqqı üzrə kredit borcları bu günkü səviyyəyə - 1,6 trilyon dollara çatıb. Bayden höküməti bu günlərdə qərar verib ki, ildə 125 min dollardan az maaş alan şəxslərin 10 min dollaradək olan təhsil haqqı borcu silinsin”.

 

Təhsil Nazirliyində

 

“ABŞ-da ən reytinqli universitetlərdə illik təhsil haqqı 50 000-60 000 dollar arası dəyişir. Bu da 4 ildə təxminən 200 min dollardan çox pul deməkdir. Bu yalnız təhsil haqqıdır, yaşayış xərcləri bura daxil deyil”-deyə, o bildirib.