Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-02 09:43:00
Etibar Əliyev: “Neymarın transfer pulu 114 il Nobel alanlara verilən puldan qat-qat çoxdur”

“Hər il elm sahəsi üzrə kəşflərə ildə 1,2 milyon dollar pul ayrılır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə,1901-ci ildən 2018-ci ilə qədər fiziologiya və tibb sahəsində Nobel mükafatı alanların sayı 221 nəfərdir:

“Son 30-40 ildə elm sahələri üzrə bir neçə nəfərin eyni ildə mükafata layiq görülməsi tendensiyası güclənib. Məsələn,Türk qardaşımız Aziz Sancar kimya üzrə Nobel mükafatına Tomas Lindal və Pol Modriçlə birgə layiq görüldü. 1,2 milyon dollar bu 3 laureat arasında bölündü. Futbolçu Neymarın PSJ-yə transferi 220 milyon Avroya başa gəlmişdi. Neymarın transfer pulu təkcə tibb sahəsi üzrə 114 il Nobel mükafatçlarına verilən puldan qat-qat çoxdur. 
2003-cü ildə “maqnit-rezonans tomoqrafiyası” metodunun kəşfinə görə Pol Lоterbur və Piter Mensfild Tibb üzrə Nobel mükafatına layiq görüldülər. Dünyada milyonlarla insan bu müayinədən keçir. Neymarın oynuna da milyonlar baxır. Neymara 220 milyon Avro, Lоterburla Mensfildin hərəsinə 600.000 dollar”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları