Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-25 12:27:00
DİM və Qazaxıstan DİA rəhbərliyi arasında görüş keçirilib

24 avqust 2022-ci il tarixində DİM-in inzibati binasında DİM və QRDİA rəhbərliyi arasında görüş olub

 
AzEdu.az xəbər verir ki, görüşdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, QRDİA-nın rektoru Yerlan Abil, DİM-in Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Dövlət informasiya resursları departamenti, Elektron informasiya sistemləri şöbəsinin müdiri Sahib Mərdanov, Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn və Dövlət qulluqçularının reyestrinin aparılması və ehtiyat kadrların qeydiyyatı sektorunun mudiri Sakit Əliyev iştirak ediblər.

 

Görüşdə Dövlət Qulluqçuları Reyestrinin aparılması mövzusunda təqdimatlar nümayiş etdirilib.

 

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq imkanları, qiymətləndirmə sahəsində yeni mexanizm və alətlərin yaradılması kimi məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, təqdimatdan öncə QRDİA rəhbərliyi DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olub.