Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-16 17:49:00
"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində görüşlər davam edir

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər davam edir.

 

AzEdu.az xəbər verir ki, 12 avqust tarixində Paşa Bankın Port Baku filialında baş tutan görüşdə spiker qismində Paşa Bank Data elmi departamentinin rəhbəri İlker Kurtuluş çıxış edib.

 

Görüş zamanı İ. Kurtuluş Paşa Bankın data elmi departamentinin gördüyü işlər barəsində çıxış edib. O, bu sahədə qabaqcıl trendlərlə bağlı tələbələrlə müzakirələr aparıb.

 

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

 

Qeyd edək ki, görüşdə ARTİ əməkdaşları və təlim alan tələbələr iştirak ediblər.