Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-08-03 16:27:00
 Qəbul imtahanından bir nəfər 700 bal toplayıb  

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 28 nəfər göstərib. İmtahanın II mərhələsində 400 bal toplayan Ağcabədi rayon Rəncbərlər kənd orta məktəbinin şagirdi I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı. Beləliklə I ixtisas qrupu üzrə ən yüksək nəticə 697.5 baldır.

 

AzEdu.az xəbər verir ki, IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. İmtahanda 400 bal toplayan Bakı şəhər 125 saylı orta məktəbin məzunu hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin şagird imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

Gülcahan Məmmədova
Müəllifin digər yazıları