Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 15:32:00
UNEC-in məzunları dünya universitetlərində magistratura təhsili alacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 54 məzunu dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, onlar ABŞ-ın Corc Vaşinqton Universitetinə, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə, Almaniyanın Bonn Universitetinə, Kopenhagen Biznes Məktəbinə, Çex Respublikasının Brno şəhərində yerləşən Masarik Universitetinə, Berlin Azad Universitetinə və digər ali məktəblərə qəbul olunublar.