Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-30 11:39:00
"Xarici agent" olan rus yazıçıların siyahısı artır

Rusiya Ədliyyə Nazirliyi Dmitri Bıkov, Yevgeniya Albats və Dmitri Aleşkovskini xarici agent KİV-lər siyahısına daxil edib.

AzEdu.az xəbər verir ki, müvafiq dəyişikliklər idarənin rəsmi saytında öz əksini tapıb.

Dmitri Bıkov rusiyalı yazıçı, şair və publisist, tənqidçi, jurnalist və müəllimdir; Evgeniya Albats - rusiyalı siyasi jurnalist, politoloq, ictimai xadim və yazıçı, “The New Times” jurnalının baş redaktorudur; Dmitri Aleşkovski - rusiyalı ictimai xadimi, jurnalist və media meneceridir.

Hər üç soyad iyulun 29-da 170, 171 və 172 nömrələri ilə reyestrə əlavə edilib.