Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-28 16:00:00
Bağçalara elektron qeydiyyatda problem portalla bağlı deyil-Ekspertdən İZAH

"Bağçalara elektron qeydiyyat zamanı problem gözləmədə qalan uşaqlar və valideynlər üçün olacaq".


Bu sözləri AzEdu.az-a açıqlamasında məktəbəqədər təhsil üzrə mütəxəssis Xalidə Musayeva deyib.


"Ola bilsin ki, qeydiyyatdan keçən şəxsin sırası gəlib çatmır .Bağçalara elektron qeydiyyat zamanı valideyn üç yer seçə bilir. Bu zaman bu yerlərdən hansısa biri gözləmə müddətinə düşür. Bu prosesi müəyyən qədər dəqiqləşdirsələr görünər ki, bu gecikmələr portalla bağlı deyil, sadəcə olaraq valideynlər bəzən bu prosesi tam bilmir və yaxud bu zaman gözləməli olduğunu bilməməsi ilə bağlıdı".


Mütəxəssis bildirib ki, məktəbəqədər təhsil sisteminin alternativ variantları olmalıdır.


"Yerdə qalan uşaqların alternativ məktebəqədər tehsil müəssisələrinə yönləndirilməsi müsbət olardı . Məsələn bir qrupun sayı 20 uşaqdan artıq olması qeyri mümkündürsə yerdə qalan uşaqlar çox böyük müddət ərzində gözləmədə qalacaq.


Elektron portalda problemlər yükləmələrdən yarana bilər. Ümumilikdə isə qeydiyyatdan keçə bilməmək kimi bir problem olması qeyri- mümkündür. Əgər müəyyən qədər valideyn qeydiyyatdan keçməyi bacarıbsa bu sistemin işlədiyini göstərir. Sadəcə olaraq yükləmə çox olduğu üçün bəzi problemlər yaranır".

Gülcahan Məmmədova
Müəllifin digər yazıları