Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-27 11:23:00
Sertifikasiyadan keçən müəllimlərin maaşı artırılacaq – Nazir AÇIQLADI

 

“Sertifikasiyadan uğurla keçən təhsilverənlərin əməkhaqqılarına əlavələrin olunması nəzərdə tutulur”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Nazir yaxın zamanda prosesə başlanılacağını bildirib:

 

“137 min təhsilverənin 68 min nəfərinin diferensial əməkhaqqı sisteminə cəlb olunması nəzərdə tutulur. Biz sadəcə müəllimlərin sertifikasiyadan keçirlməsi deyil, eyni zamanda biliyinin və əməyinin qiymətləndirilməsinə də çalışırıq.Nəticə olaraq sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əmək haqqlarına əlavələrin edilməsi nəzərdə tutulur. Ümid edirik ki, bu yaxud gələn ildən prosesin tətbiqinə başlayacağıq”