Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-22 16:16:00
UNEC-də xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan doktorantlarla görüş  

İyulun 22-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan doktorantlar ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, görüş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunub.

 

Görüşdə doktoranturada təhsilin mövcud vəziyyəti müzakirə edilib. Qeyd edilib ki, Türkiyə, ABŞ və Portuqaliyanın ali təhsil müəssisələrində doktorantura təhsili almaq üçün UNEC-dən 20 gənc göndərilıb.

 

Sonda UNEC-lə bağlı perspektiv planlar müzakirə olunub.