Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-07-21 17:34:00
BDU-da “Necə nəşr etməli?” mövzusunda növbəti vebinar  

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində “Jurnal məqaləsini necə yazmalı və düzəlişlərə dair məsləhətlər” (“How to write a journal article and advice on revisions”) mövzusunda  vebinarın ikinci buraxılışı keçirilib.


AzEdu.az xəbər verir ki, vebinar “Sage” nəşriyyatının əməkdaşları - nüfuzlu tədqiqatçı redaktorlar Cesika Lipovski, Cenifer Lovie və Məhəmməd Hadem Aslamın iştirakı ilə keçirilib.

Beynəlxalq nəşriyyatlarda məqalə nəşrinin müxtəlif aspektlərinə həsr olunan silsilə vebinarların iyul ayı buraxılışında akademik məqalənin yazılış qaydası, tədqiqatın strukturu, əlyazmanı təkmilləşdirmək üçün strategiyalar izah olunub, məqaləyə daxil ediləcək elementlər, eləcə də düzəlişlərin idarə olunması haqqında praktik məsləhətlər verilib.


“Necə nəşr etməli?” (“How to get published?”) mövzusunda vebinarın növbəti üçüncü buraxılışı (Mentorship and general drop-in session) avgust ayının 24-də keçiriləcək.